Bildirişlər
Hamısını təmizlə

“Hakimiyyətə kim gələcək, prezident kim olacaq, bunlardan yaxşısı olmayacaq, xeyri yoxdur” suallarının müzakirəsi

6 Yazılar
3 İstifadəçi
5 Likes
586 Baxış
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 3 il əvvəl

Bizim vətənaşlara “sən öz dövlətinin gəlcəyi  ilə maraqlanırsanmı”deyərkən çox zaman  belə suallar verirlər.  Kim gələcək, kim olacaq, yeni gələn bunlardan yaxşı olmayacaq, xeyri yoxdur, bunlar yeyib doyublar və sairə. Bu çox ciddi mövzudur və bu mövzunu müzakirə edib bir nəticəyə gəlmək lazımdır.

Cavab
5 cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 3 il əvvəl

Hakimiyyətə kim gələcək, prezident kim olacaq deyərkən sən avtomatik olaraq özünü seçim hüququndan məhrum edirsən . Yəni özünü bu proseslərin daxilində  görmürsən. Bunu başqalarına həvalə edirsən. Niyə ? Deyəcəksən ki onsuzda xeyri yoxdur? Sən özünü bu hadisələrdən kənarlaşdırandan sonra nə xeyir gözləyirsən? Sənin əvəzinə kimsə gəlib bu işləri görəcək? Bu iki qonşunun torpaq davası deyil ki özünü kənarlaşdırasan, sənə heç bir aidiyyatı olmaya.  Bu sənin dövlətinin gələcəyidir, bu sənin bu dövlətdə yaşayan uşaqlarının, bu dövlətin ərazisində yerləşən mal mülkünün gələcəyidir. Kimin üçün çalışırsan, qazanırsan, qurub yaradırsan? Deyək ki lap dövlət üçün çalışmırsan, dövlət məsələləri səni narahat etmir. Bəs öz uşaqlarının, mal mülkünün gələcəyi səni narahat edirmi? Yəqin ki edir. Çünki bunlar da səni narahat etmirsə deməli sən bu  həyatdan köçmüsən. Cismin çoxdan gedib, burada qalan ruhundu.

P.S. Bu sözü deyərkən sən özünü kimə və nəyə bənzədirsən? Kimlər seçim hüququdan məhrumdur? Qullar. Hər hansı bir qulun öz ağasını seçmək hüququ yoxdur. Ağası onu kimə istəsə sata bilər, istədiyi vaxt öldürə bilər. Sən özünü qul sayırsan? Nə qədər aşağılayıcı səslənsə də bunu demək məcburiyyətindəyən. Heyvanlarda da belədir. Heyvanların da seçim hüququ yoxdur. Onların özlərinə çoban seçmək hüququ yoxdur. Çoban onları istədiyi vaxt başqa bir insana (çobana, yeni sahibinə) sata bilər.

Cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 3 il əvvəl

Bəzən siyasi söhbətlər zamanı insanlar belə bir söz də işlədirlər. Bunlar yeyib doyublar başqaları isə ac gələcək, bu səbəbdən elə bunlar yaxşıdır. Düzü mən bunların yeyib doyduqlarını görmədim. Kimdir doyan? Bəlkə əvvəlki illərlə müqayisədə az oğurlayırlar? Xeyr! Insan elə məxluqdur ki onun doymaq (yemək nəzərdə tutulmur) həddi yoxdur. Bu insan prixologiyasıdır. Bu gün 1 manat oğurlayıb cəzasız qalanda sabah 10 manat oğurlama çalışacaq.  

Cavab
Highlander
Yazılar: 6
(@highlander)
Active Member
Qoşulduğu tarix: 3 il əvvəl

Həqiqətən insanları qul halına salıblar. Heç kim öz haqqını tələb etmək istəmir. Belə də iş olar? Necə deyərlər ağlamayan uşağa süd vermirlər. 

Cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 3 il əvvəl

Deyə bilərsiniz ki  mən hətta mübarizə aparsam da mən səs verdiyim namizəd seçilməyəcək, qalib gəlməyəcək.  Yəni mübarizənin nə xeyri? Səhviniz var.  Sən mübarizəni apar, susma, səsini istədiyin namizədə ver. Mübarizə rəqabət deməkdir. Mübarizə yoxdursa deməli rəqabət də yoxdur. Rəqabət olan yerdə, yəni hətta sənin istədiyin namizəd seçilməsə belə  ümumi şərtlər sənin xeyrinə dəyişəcək. Çünki namizədlər arasında dövlət və xalq  üçün daha faydalı şərtlər irəli sürən qalib gəlir.

Cavab
1 cavab
(@yagut-sh)
Qoşulduğu tarix: 3 il əvvəl

Active Member
Yazılar: 13

@tvretroaze mənim üçün fərdlər önəmli deyil, sistem önəmlidir, yəni qanunların şah olduğu sistemdə kimin seçilməsindən asılı olmayaraq hamı qanuna tabe olacaq.

Cavab
Paylaş: