Bildirişlər
Hamısını təmizlə

Şəhid statusunu aşağılamağa çalışanlar düşmənə xidmət edirlər!

2 Yazılar
1 İstifadəçi
1 Reactions
876 Baxış
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 4 il əvvəl

Şəhid statusunu aşağılamağa çalışanlar düşmənə xidmət edirlər!

Son günlər belə bir təbliğat aparılır ( düzü bu təbliğat 6 ay bundan qabaq da aparılırdı). Qarabağı tam azad edə bilmədik, Rusiya Qarabağa girdi, torpaqlarımızın bir hissəsi yenə işğal altında qaldı və bu səbəbdən şəhidləri əbəs yerə verdik. Maraqlısı odur ki bir çoxumuz da həmin təbliğatın hansı məqsədlə aparıldığını bilmədən bu təbliğata  qoşulur və həmin insanların səsinə səs veririk. Bu nə qədər doğru təbliğatdır və gələcəkdə dövlətimiz, xalqımız üçün hansı fəsadlar törədə bilər? Araşdıraq. İlk öncə onu qeyd edim ki biz bu döyüşdə şəhidlərimizin, qazilərimizin canı qanı bahasına ( Allah bütün şəhidlərimizə rəhmət eləsin)  7 rayonu işğaldan azad etdik, düşmənin on minlərlə canlı qüvvəsini, texnikasını məhv etdik. Düşmən bizim döyüş ruhumuzun ölmədiyini gördü və qorxuya düşdü. Düşmənin öz döyüş ruhu sındı. Göründüyü kimi şəhidlər əbəs yerə şəhid olmayıblar. Hətta fərz edək ki biz heçnə əldə edə bilmədik, torpaq azad etmədik, bəs belə olan tərzdə şəhidlər həqiqətənmi əbəs yerə şəhis oldular? 30 il bundan əvvələ qayıdaq. O zaman həqiqətən belə bir hadisə baş verdi. On minlərlə şəhid verdik və nə qədər torpaqlarımızı  itirdik. Belə çıxır ki həmin şəhidləri əbəs yerə vermişdik? Xeyr! Çünki nəticə ikinci dərəcəlidir, cəmiyyət üçün isə şəhidin qoyub getdiyi nümunə əsasdır. Niyə? Çünki hər hansı bir xalq nümunələrlə tərbiyə olunur, formalaşır və həmin nümunələrin sayəsində  öz döyüş ruhunu qoruyub saxlayır. Bir nəfər düşmənin öldürülməsi belə bu nümulərdəndir. Çünki sən haqsızlığa qarşı susmadın, düşməni məhv etdin, öz canını bu yolda qurban verdin. Əgər xalqın döyüş ruhu sınmayıbsa o 100 illər belə keçsə də  öz işğal olunmuş torpaqlarını  mütləq azad edəcək, öz məqsədinə çatacaq.  Göründüyü kimi 30 il bundan qabaq verdiymiz şəhidlər bizə nümunə qoyub getdilər və biz bu nümunələrlə böyüyüb başa çatdıq, formalaşdıq, öz döyüş ruhumuzu qoruduq. 30 il keçməsinə baxmayaraq öz torpaqlarımızın çox hissəsini azad etdik. İndi təsəvvür edək, hər hansı bir nəticəsiz işə görə (tam qələbə əldə etmədik) şəhid statusunu aşağılayır və onu gözdən salmağa çalşırıq. Nəticəsi nə olacaq? Nəticəsi o olcaq ki həmin xalqın sonda nümunə götürməyə heç bir şəhidii, mübariz insanı olmayacaq. Bu zaman nə baş verəcək? Həmin xalq öz torpağaı uğrunda döyüşməkdən imtina edəcək və hətta düşmən sabah onların digər torpaqlarına da göz dikərsə həmin məsələni sülh yolu ilə, yəni güzəştə gedərək həll etmyə çalışacaq. Bu gedişlə, bir müddətdən sonra həmin xalq, həmin dövlət, tamamilə düşmən əsarətinə düşəcək və sonda dövlət də xalq da məhv olub gedəcək. Siz həmin təbliğata qoşularkən bu nəticəni əldə etmək istəyirsiniz? İndi anladınız ki bu düşmən təbliğatıdır?

 

Müzakirə edək.

Cavab
1 cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 4 il əvvəl

Dinimizdə (İslam) də belədir. Şəhidlər, nəticədən asılı olmayaraq, İslam dininin daşıyıcılarına nümunə kimi göstərilir.  İslam dinində şəhidlik ən yüksək zirvədir. Şəhidlər heç vaxt unudulmur. Adi insanlar unudula bilər ancaq şəhidlər heç vaxt. Hər hansı bir xalqa onun şəhidlərini unutdurmaq üçün gərək həmin xalqı tamamilə məhv edəsən, bu da mümkün deyil. Göründüyü kimi əsas nümunədir, nəticə deyil. Xalq nümunələrlə formalaşır, nəticələrlə deyil. Ötən 30 il bunu təsdiq etdi. Bizimi döyüş ruhumuzu heç kim sındıra bilmədi. Çünki şəhidlərimizi unutmadıq, daha doğrusu unutdura bilmədilər.

Cavab
Paylaş: