Bildirişlər
Hamısını təmizlə

Dini inancın (digər inancların) insan üçün faydası nədir?

4 Yazılar
2 İstifadəçi
2 Reactions
670 Baxış
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 4 il əvvəl

Dini inancın (digər inancların) insan üçün faydası nədir?

Cavab
3 cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 4 il əvvəl

İnsan təbiətən zəif yaradılıb  (inancsız insanlar bu fikirlə razılaşmaya bilərlər, yəni onların düşüncəsinə görə insan evolyusiya “Tədrici dəyişmə və inkişaf prosesi”  nəticəsində özü yaranıb),  həm fiziki cəhətdən həm də psixoloji  cəhətdən. İnsan təbiət, təbii fəlakətlər, ucsuz bucaqsız kainatın varlığı qarşısında çox zəifdir, çox acizdir. Yəqin ki bu şərtlə hər kəs, yəni həm inanclı həm də inancsız insanlar razılaşacaqlar. İnsan şüurlu canlıdır və o çox çətinə düşərkən həmişə kömək axtarmağa başlayır. O bu köməyi kənar qüvvələrdə görür. Hansı qüvvələr ki gözlə görünmür, əllə tutulmur. Çünki insanın bu dünyada anlamadığı bir çox məsələlər var. Bir nümunə də gətirim. Hətta bu günün özündə də hər hansı bir Afrika cəngəlliyində, sivilizasiyadan kənar qalmış bir qəbilə tapsaq, onların da hər hansı bir dini inanclarının olduğunu görərik. İnsan bu inanclarda təsəlli tapır, psixoloji cəhətdən sakitləşir. Əks halda insan psixologiyası tap gətirməyə bilər və o ağlını, yəni bəzi çətin anlarda necə davranmağı unuda  bilər.

P.S. Hansı inancın düz və ya səhv olduğunu sonrakı söhbətlərimizdə müəyyən edəcəyik. Bizimlə qalın, səhifəmizi izləyin-paylaşın ki daha çox  oxucu  cəlb edək, müzakirələr aparaq.

P.P.S. Deyilənə görə həqiqət müzakirələr zamanı müəyyən edilir. Buyurun, müzakirə edək.

Cavab
1 cavab
(@yagut-sh)
Qoşulduğu tarix: 4 il əvvəl

Active Member
Yazılar: 13

@tvretroaze  İnsan şüurlu varlıqdır və onun yaşaması üçün maddi tələbatla yanaşı həm də psixoloji tələbata ehtiyacı var. İnanclı insanlara psixoloji cəhətdən yaşamaq daha rahatdır- yəni nəyin yaxşı və nəyin pis olduğunu, halal və haramı bilirlər, axirətə inanırlar. İnancsız insanlarda çox vaxt müəyyən məqamlarda həyat mənasını itirir və belə vaxtlarda intihara cəhdlər olur. 

Bütün səmavi dinlər ancaq yaxşı şeyləri təlqin edir,vacib bilir, amma və lakin dünyada müqəddəs kitablarda yazılan qanunlarla idarə olunan bircə ölkə də yoxdur. Həqiqi inanclı olmaq əslində vicdanlı, əxlaqlı olmaq anlamına gəlir. 

Dövlət səviyyəsində dindən ancaq siyasi məqsədlər üçün istifadə olunur, yəni dövlətin siyasətinin əslində dinə heç bir aidiyyəti yoxdur və Allahın göstərdiyi yolla ancaq fərdi insanlar gedə bilir. 

İnanclı insanlar həm özləri haqsız olmamağa çalışır və həm də haqsızlıqları görüb dinə görə bütün insanların əməllərinə görə mükafat və ya cəza alacaqlarını bilib psixoloji cəhətdən çox əzab çəkmirlər. 

Amma onu da deyim ki, özünü inanclı hesab edən insanların çoxunu mən cahil hesab edirəm. Bu, çox böyük mövzudur və nə qədər yazsan da çox şeyi əhatə etməyəcək.

Mövzuya görə təşəkkür edirəm. Maraqlı yazılar gözləyirəm.

Cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 4 il əvvəl
Yazan: @yagut-sh

İnsan şüurlu varlıqdır və onun yaşaması üçün maddi tələbatla yanaşı

Maddiyyat demiş, bir mövzu yada düşdü. Maddiyyatın inanca təsiri. Düzü bunu bütün imkanlı, yəni qayğısız həyat tərzi keçirən insanlara şamil etmək olmaz ancaq əksəriyyəti bu haldadlr. Hətta onların arasında sorğu keçirib bunu yoxlamaq da olar.

Dini Inancları azaldan, yəni onu sıfıra endirən amillər. İnsan inancdan o zaman imtina edir, onu unudur ki həyatda qayğısız yaşasın, üzləşdiyi çətinliklərin qarşısında  aciz qalmasın, onu həll edə bilsin. Əgər insan hər şeyə qadir ola bilsə həmən inanclar tamam yox olar. Bəzi insanlar inkişaf etmiş ( yəni yaşayış səviyyəsi nəzərdə tutulur) bir neçə ölkəni nümunə gətirirlər. Həmin ölkələrin cəmiyyətlərini elə tərzdə təqdim edirlər ki elə bil inancsızlıq onları bu səviyyəyə gətirib çıxarıb. Ancaq diqqətlə baxsaq, yuxarıda deyildiyi kimi, onlar qayğısız həyata görə dini inanclardan imtina ediblər, onu unudublar. Daha bəzi insanların düşündüyü kimi dini inancı unudaraq bu yaşayış səviyyəsinə gəlib çatmayıblar.  Belə cəmiyyətlər yeni yeni  qurulub, sonu bəlli deyil, heç kim sabahını sığortalamayıb, başına nə gələcəyini bilmir. 

Yazan: @yagut-sh

Amma onu da deyim ki, özünü inanclı hesab edən insanların çoxunu mən cahil hesab edirəm.

Cahillik bizi məhv edir və bu dinin (səmavi dinlərin) insanlardan nə istədiyni bilməməkdən irəli gəlir. Bəli, bu çox böyük bir mövzudur, ancaq gələcək mövzularımızda bu barədə yazmağa çalışacam. Mövzuya qatılıb öz fikrinizi bildirdiyiniz üçün sizə də təşəkkürlər. 

Cavab
Paylaş: