Hər kəsə məlumdur ki İslam dini məzhəblərə bölünüb. İslam dininin kitabı (Quran) bir olsa da hər məzhəb öz siyasətini yürüdür və hər məzhəbin İslam dininə baxışı digər məzhəblərdən azacıq da olsa fərqlənir. Bu da məzhəblər arası mübahisələr yaradır, İslam dininin daha çox parçalanmasına səbəb olur. Bu parçalanma nədən irəli gəlir və bunun qarşısını necə almaq olar?
Müzakirə edək.
Ən maraqlısı odur ki bu ayələri İslam dininin hər bir daşıyıcısı oxuyur, ancaq təəssüf ki əməl edə bilmir. Bu nədən irəli gəlir?
6:159 Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.
23:53 Lakin onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə öz təriqətinə sevinir.
30:32 O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir.
Uzun müddətli müzakirələrdən və müşahidələrdən sonra çıxardığım nəticə budur. Bu nəticənin nə qədər düz və ya nə qədər səhv olduğunu müzakirə edə bilərik.
1. Quranın təfsirində fikir ayrılıqları var. Parçalanmanın səbəblərinən biri də elə budur. Fikir ayrılıqları nədən qaynaqlanır? Quranı düzgün təfsir etmirlər? Niyə? Hətta bəzi insanlar bu problemi insanlarda deyil kitabda görürlər. Məzhəb daşıyıcıları bu barədə niyə düşünmürlər?
2. İnsanlar Quran ayələrindən (bütöv şəkildə) daha çox şəxsiyyətləri təbliğ edirlər. Nə dedi nə üçün dedi və sairə. Din Allahın sözləri üzərində deyil (Quranda göstərildiyi kimi) şəxsiyyətlərin sözləri üzərində qurulub. Ancaq bu ayələrdən göründüyü kimi heç bir insanı ilahiləşdirmək olmaz.
3:64 De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
9:31 Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul et-dilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yox-dur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır.