Amerika diktatorlara xəbərdarlıq etdi
Amerikanın yeni seçilmiş prezidenti Con Bayden ölkəsi üçün prioritet olan xarici siyasətdən mətbuat üçün müsahibə vermişdir. Con Bayden vurğulamışdır ki, yaxın vaxtlarda Rusiya, İran, Əfqanıstan və Şimali Koreya ilə yeni dönəm başlayacaqdır. Amerika prezidenti əvvəlki Prezidentlərin bu ölkələrə qarşı çox sərt olmadıqlarını qeyd etmişdir. Demokratların əsas məqsədi diktaturanı məhv etməkdir. Con Baydenin bu mesajları, Asiya və Avropanın şərqində yeni bir dönəmin başlandığından xəbər verir.
Con Baydenin Rusiya dedikdə, Kremlin təsir dairəsində olan ölkələrin başçıları nəzərdə tutulur . Azərbaycan, Qazaxıstan və.s. kimi ölkələri də bu siyahıya daxil etmək olar.
Amerika İran və Şimali Koreyada isə diktaturadan əlavə “Nüvə” təhlükəsini də qeyd etməklə, hər iki ölkəyə xəbərdarlıq edir. Üçüncü bir tərəfdən, bu, rəsmi Pekini də hədəf kimi göstərə bilər. Hər iki dövlət iqtisadi, hərbi və.s cəhətdən Çindən çox asılı dövlətlərdir.
Əfqanıstanın məsələsi isə ikitərəflidir. Burda Con Bayden Əfqanıstanı bu siyahıya daxil etməklə, ola bilsin ki, sərhədlərində olan diktator ölkə başçılarına siqnal verir. İkinci bir tərəfdən isə Əfqanıstanda olan bəzi “terror” qruplarını da qeyd edə bilər.
Con Baydenin bu qərarından sonra İlham Əliyev ölkənin siyasətini diktator Rusiyadan demokratik Qərbə doğru dəyişməlidir. Lakin görünən budur ki, İlham Əliyev Kremlə sadiq olduğunu göstərmək üçün Qərbə qarşı hücumlar edir.
Son zamanlar isə Rusiyada baş verənlər birbaşa Azərbaycana da təsir edəcəkdir. Əgər Putin hakimiyyətdən getsə, Şərqi Avropa, Asiya və.s kimi regionlarda yeni düzən yaranacaqdır. Rusiyada hakimiyyət dəyişsə, İlham Əliyev və hakimiyyətinin Azərbaycandan qaçmağa yeri olmayacaqdır.
Mikayıl Əsədov.
https://www.axh-az.com/amerika-diktatorlara-x%C9%99b%C9%99rdarl%C4%B1q-etdi/