Bildirişlər
Hamısını təmizlə

İlham Əliyev Rusiyanın Müdafiə naziridir, yoxsa Azərbaycan Respublikasının Prezidenti?

2 Yazılar
1 İstifadəçi
0 Reactions
702 Baxış
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 4 il əvvəl

İlham Əliyev açıq şəkildə Rusiyanın mövqeyin müdafiə edir

Dünən Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq və yerli jurnalistlər qarşısında bir sıra sualları cavablandırmışdır. Söhbətin əsas mövzusu Dağlıq Qarabağın gələcəyi, ATƏT-in Minsk qrupunun fəaliyyəti və Ermənistanda baş verən hadisələr olmuşdur. İlham Əliyev Dağlıq Qarabağda baş verən hadisələrdən söhbət açaraq bildirmişdir ki, Qarabağın müstəqilliyi barəsində heç bir söhbət gedə bilməz və Azərbaycanın bu problemləri bitmiş hesab olunur.
İkinci bir məsələ isə bir az müəmmalıdır. Ölkə prezidenti ATƏT-in Minsk qrupunun fəalliyyətindən söhbət açaraq Paşinyanın qondarma, sərsəm sözünü xatırlatmışdır. Azərbaycan prezidenti bildirmişdir ki, Paşinyan “Qarabağ Ermənistandır” söylədiyi zaman Minsk qrupu niyə etiraz etməmişdir?
Bu məsələnin bizə aydın olmayan başqa bir tərəfi isə Azərbaycanın hələ də XİN səviyyəsində Minsk qrupu ilə fəaliyyətini davam etdirməsidir.

Bu məsələni zamana buraxsaq yaxşı olardı. Kimin doğru danışdığı yaxın vaxtlarda aydın olacaqdır.
Üçüncü məqam, İlham Əliyevin Rusiyanın ağzı ilə danışdığını sübut edir. İlham Əliyev Ermənistanda olan “İsgəndər” raketlərinin gücünü jurnalistlərə söyləməklə, Kremlin müdafiəsinə qalxmış olur. Sanki ölkə başçısı Sarkisyan
və Köçəryan birliyinin yenidən hakimiyyətə gəlməsinin tərəfdarıdır. Bəlkə də İlham Əliyev Ermənistanda olan demokratik vəziyyətin Azərbaycana sıçramasından qorxur. Axı Rusiya da, Əliyev də Qafqazda diktaturanın olmasında maraqlıdırlar. Hələ də biz anlamırıq ki, əsgərlərimizin və xalqımızın üstünə atılan “İsgəndər” raketlərini Azərbaycan prezidenti niyə tərifləyir?


Bu arada əlavə olaraq ölkə başçısı: “xarici qüvvələrin zamanı gələndə torpaqlarımızı tərk edəcəklər”,- söyləmişdir. İlham Əliyev bir daha Rusiyalı sülhməramlılarının işindən narazılığını dilə gətirmişdir.

Mikayıl Əsədov.

https://www.axh-az.com/%C4%B0lham-%C6%8Fliyev-a%C3%A7%C4%B1q-%C5%9F%C9%99kild%C9%99-rusiyan%C4%B1n-m%C3%B6vqeyin-m%C3%BCdafi%C9%99-edir/

Cavab
Mövzu etiketləri
1 cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 4 il əvvəl

İlham Əliyev: “O ki qaldı Ermənistan baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatlarına, o, bizdə də suallar doğurub. Mən bunu ironiyalaşdırmaq istəməzdim. Bu məsələyə istər Rusiyanın rəsmi şəxsləri, istər parlament üzvləri, istərsə də ekspertlər tərəfindən kifayət qədər şərh verilib ki, raketin 10 % partlaması üçün gərək xeyli çalışasan. Biz “İsgəndər” raketinin atılmasını görməmişik. Ona görə bu bəyanat səsləndiriləndə ötən gün biz yenə də maraqlandıq, ancaq yox, biz bunu görməmişik. Bu sadəcə publik şəkildə deyilmiş boş söz idi”.

 

İlham Əliyev: “Prinsipcə, Ermənistanda baş verənlər tragikomediya səhnəsini xatırladır. Mən bunu belə xarakterizə edərdim. Təsəvvür edin, onların təyyarəsi yoxa çıxır, onlar bilmirlər təyyarələri hardadır, hansı istiqamətə uçduğunu bilmirlər, pilotlar gizləniblər, təyyarə yoxa çıxıb və onlar oturub düşünürlər ki, təyyarəni kim oğurlayıb. Bundan başqa, Abu-Dabidə İDEX sərgisində (beynəlxalq müdafiə sərgisi – “Report”) Ermənistan stendi heç vaxt olmadığı qədər təmiz idi. Orada heç bir eksponat yox idi. Digər tərəfdən, göstərməklərə nələri var ki? Axı onların hərbi istehsalı yoxdur. Başqa tərəfdən, onun-bunun arxasınca düşüb özünü ona-buna oxşatmağa nə ehtiyac var ki, orada stendin olsun? Bütün dünyaya biabır oldular. Hamı öz məhsulunu gətirib, erməni stendində isə hansısa bukletlər idi. Bu, biabırçılıqdır. Daha sonra deyirlər ki, “İsgəndər” raketi atılıb və 10 % partlayıb. Bu, lətifədir”.

Cavab
Paylaş: