Bildirişlər
Hamısını təmizlə

Rus qoşunlarının Azərbaycandan çıxarılması strateji - siyasi taktikası.

3 Yazılar
1 İstifadəçi
0 Reactions
666 Baxış
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 4 il əvvəl
Rus qoşunlarının Azərbaycandan çılxarılması strateji - siyasi taktikası.
“Rəhmətlik Əəbülfəz Elçibəy nəhəng Rus ordusunu çıxara bildiyi halda, nədən Erməniləri Qrabağdan çıxara bilmədilər?”.
Bismilləhir rahmənir rahim. Məsəl var deyirkər ki, “Zaman ən böyük hakimdir”. Bu sözün manasını yaşadıqca, müəyyən hadisələrrdə real nəticələri görürsən. Hər bir insan dönüb keçmişə baxsa, dünən doğru bildiklərini bugünlə nüqayisədə nə qədər yanlış olduğunu duyursan və görürsən .
Ölkəmizdə baş verən hadisələr hamını narahat etdiyi kimi məni də narahat etmişdir. Bütün bunları xatırlatmaqda məqsədim odur ki, sosial şəbəkələrdə elə statuslara və elə qızışdırıcı fikirlərə rast gəlirəm ki, vicdanım çox narat olur. Məcbur oluram ki, bəzi fikirlərə nünasibət bildirim.
Hal hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan və xalqın birliyinə zərbə vura bilən mövzulardan biri:
Rəhmətlik Əbülfəz Elçibəy Rus qoşunlarını Azərbaycandan çıxardı, lakin İlham Əliyev isə Qarabağa qaytardı. Gəlin bu fikirə aydınlıq gətirək. Əbülfəz Elçibəyin dövründə sağında və solunda olanlar hazırda əksəriyyəti yaşayırlar. Onlar Əbülfəz Elçibəyin Rus qoşunlarının hansı strateji - siyasi taktikadan istifadə edibsə, onu həm xalqa və həm də hökumətə öyrətsinlər ki, bu gün Qrabağa gətirilən sülhməramlı qoşunları da çıxardılsın.
Və məndə yaranan bir suala cavab versinlər: Rəhmətlik Əəbülfəz Elçibəy nəhəng Rus ordusunu çıxara bildiyi halda, nədən Erməniləri Qrabağdan çıxara bilmədilər?
Qoyduğum sual və məsələlərə cavab istərdim.
Cavab
2 cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 4 il əvvəl
Emin Xelil və  Mustafa Mustafali

 bəy, mən Əbülfəz Elçibəyin əleyhinə deyiləm. O Azərbaycanın müstəqillik tarixində əvəz olunmaz şəxs kimi tarixdə əbədi qalacaqdır. Mənim fikrim Əbülfəz Elçibəyi inkar e3tmək deyil. Yazımda qeyd etmişəm ki, bəzi xoş niyyəti olmayan insanlar pölkədə qarışıq yaratmaq məqsədi ilə bu qədər torpaqlarımızın alınmasını görmədən Rus sülhməramlılarının gəlişini (əlbətdə çən də qəbul etmirəm) öz siyasi maraqlarına döndərib, ölkəmizdə qarışıq yaratmaq istəyir. Bu adamlar əsasən Ə, Elçibəy Milliyyətçiliyi altında Rus və Fars təxribatşəlarıdır. Ona görə də "Əbülfəz Elçibəy Rus qo.unlarını çıxardı İlham Əliyev gətirdi" fikrini ona görə ortaya gətirdim ki, əgər bu prosesi tarixi şəraitlə yox, bir şəxsin iradəsi iə balayırlarsa, onda o şəxsin hası üsullardan istifadə ediblərsə onu urtaya nqoysunlar. Çünki, " 5- ci kalon" üzvlərindən başqa Azərbaycanda heç kim Rus ordusunun Qarabağa gəlməsini istəmir. Məntiq olaraq Ə. Elçibəyin "Rus qoşunlarının Azərbaycandan çıxaran qüvvələr" nəyaxşı Erməniləri Qatabağdan çıxara bilmədilər" fikrinə məqsədim yenə də Nə Rlçibəyin və Xalq Hərakatının əleyhinə deyil. Məqsədim o sualları nqoynaqda oxucunu düşündürüb, həqiqəti çatdırmaqdır. O dövüedə Rus qoşunları tək Azərbaycanda deyil, post sovet məkanında bir çox ölkələrdən Rus ordusu çıxdı. Rusiya rellığı dərk edib, Azərbaycandan çıxmasına baxmayaraq, kənardan ölkə daxilində yerləşdirdiyi qüvvələr vasitəsi ilə aranı qataraq Ermənilərin əli ilə Qarabağ problemini yaradarq Qafqazda varlığını təmin etdi. İndi də Qarabağ ərazisinin işğaldan azad olunması, görünür ki, həmin qüvvələri və əlaltılarını çox narahat etmişdir. Odur ki, "Əbülfəz Elçibəy Rus qo.unlarını çıxardı İlham Əliyev gətirdi" fikiri milli hisslərindən narahat olan yazanlardan başqa qalanlarını bir başa təxribat adlandırmaq olar. Artıq izaha ehtiyac duymuram və yaşayarıq görətik inşəAllah.

Cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 4 il əvvəl

Elçibəy rus qoşunlarını çıxartdımı? Çıxartdı. Erməni silahlılarını (bir yana baxanda elə onlar da Rus qoşunlarıdır) Qarabağdan çıxarda bildimi? Çıxarda bilmədi. Niyə? Bu istiqamətdə iş gedirdi, Qarabağın 52 faizi bizdə idi, bir çox rayonlar bizdə idi, danışıqlar gedirdi, daha doğrudu danışıqlara başlanmışdı, erməni tamam uduzacağını görüb sülh istəyirdi, şərtlərlə razı idi. Bu Rusiyaya sərf etmirdi. Çünki Erməni Azərbaycan münaqişəsi olmasa Rusiya Qafqazdan gedə bilər. Ancaq nə oldu? Rusiya Azərbaycan daxilindəki xəyanətkarların əli ilə (Heydər Əliyev başda olmaqla) hakimiyyət daxili çaxnaşmalar yaratdı və Elçibəyi devirdi. Heydər Əliyev hakimiyyəti ələ keçirib 6 rayonu bufer zonası kimi ( bu rusun planı idi) verdi ermənilərə. Niyə verdi? Çünki ondan sonra hakimiyyətə gələn oğlu, nəvəsi, qızı, nə bilim nəyi bu bufer zonasından hissə hissə alsın və öz sülalə hakimiyyətinin ömrünü uzatsın. İlham Əliyev rejiminin ( yəni Rusiya yönümlülərin) ömrünün uzanması Rusiyaya da sərf edir və bu da, yəni bufer zonası Rusiyaya sərf edir. Çünki bunlar Rusiyanın adamlarıdır, Rusiya nə desə, nə məsləhət görsə onunla oturub duracaqlar. Uzun sözün qısası Rusiyanın Azərbaycandakı, yəni Qafqazdakı nüfuzunu qoruyacaqlar. Burada bir sual meydana çıxır. Bəs Əbülfəz Elçibəy bu variantdan ( yəni İlham Əliyevin bu gün istifafə etdiyi variantdan, yəni hər hansı bir şərtə görə Rusiya qoşunlarını bura yeritmək) istifadə edə bilərdimi, yəni Rusiyanı sülhməramlı adı ilə yenidən Azərbaycana qaytara bilərdimi? Çünki deyilənə görə o vaxt da belə danışıqlar olub. Birincisi o bunu edə bilməzdi. Niyə? Çünki o Rusiya qoşunlarını başqa yerlərdən çıxarmışdı. Bundan əlavə o milli insan idi, yəni onu ilk öncə öz dövlətinin və xalqının gələcəyi düşündürürdü. Belə insanlar isə Rusiyaya sərf etmir. Bu səbəbdən də onu devirdilər.  O ki qaldı Rusları necə çıxarmağa, bunu Elçibəy etdiyi kimi etmək lazımdı, yəni sərt bir şəkildə, komanda verisən və qurtardı getdi. Bunları həyata keçirmək üçün hakimiyyətə milli adam, ikinci Elçibəy gəlməlidir. Ancaq bu dəfə hakimiyyətdə olan o milli adamın komandası da milli olmalıdır. Elçibəyin səhvi ətrafını vaxtında təmizləməmkdə oldu, daha doğrusu təmizləmək üçün vaxtı olmadı, ola bilər bu sahədə təcrübəsi az oldu, kimin milli kadr olub olmamasını tez bir zamanda təyin edə bilmədi. Çünki ölkə Rusiyadan yeni ayrılmışdı və Rusiyanın burada yetərincə agentləri vardı. Bu gün də var. Ancaq bu gün kimin kim olduğu o vaxtla müqayisədə daha açıq aydın görünür. Milli kadrları tapıb təyin etmək elə də çətin olmayacaq. Milli hakimiyyəti kim qurmalıdır? Maariflənmiş xalq. Xalq azadlıq istəsə nəinki Rusiya, hətta Marslıların qoşunlarını da buradan çıxara bilər.

Cavab
Paylaş: