Bildirişlər
Hamısını təmizlə

Xocalı qətliamından 29 il keçir


Ibrahim Azer
Yazılar: 137
Admin
Mövzunu başladan
(@tvretroaze)
Baş nəzarətçi
Qoşulduğu tarix: 4 ay əvvəl

Xocalı qətliamından 29 il keçir

Bu gün Ermənistan və rus birliklərinin dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımdan 29 il keçir. Azərbaycanlılara qarşı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Xocalıda etnik soyqırımı törədilmişdir. Həmin vaxt işğalçı Ermənistan ordusu, Rusiyanın 366 motoatıcı alayının köməyi ilə yüzlərlə əliyalın dinc əhalini qətlə yetirmişdir. Azərbaycanın sağalmaz yarası sayılan Xocalı soyqırımında düşmənlər xalqımıza qarşı vəhşicəsinə işgəncələr törətmişlər. Qoca, cavan, uşaq, qadın demədən ağlasığmaz vəhşiliklər etmişlər. 8 ailə tamamilə yox edilmişdir. Yüzlərlə xocalılı evindən didərgin düşmüşdür.


Fransalı jurnalist öz gördüklərini belə qeyd edir:” Bu, sadəcə dəhşətdir – hamilə qadınların qarınları yarılmış, körpə uşaqların başları parçalanmış, yaşlı insanların isə gözləri çıxarılmışdır. Bu insanlığın ən böyųk faciələrindəndir.”..
Xocalı faciəsi zamanı 613 nəfər qətlə yetirilmişdir. Bunlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. İnanırıq ki, tez bir vaxtda dünya səsimizi duyacaqdır. Xocalıya ədalət!

https://www.axh-az.com/xocal%C4%B1-q%C9%99tliam%C4%B1ndan-29-il-ke%C3%A7ir/

Cavab
Mövzu etiketləri
Paylaş: