


Bizi YouTube-da izləyə bilərsiniz...
– mübarizənin ünvanı…
104,907
AzerFreedom TV
Azərbaycan xalqının düzgün məlumatlandırılması, tərəfsiz informasiya ilə təmin olunması, heç bir part
Azərbaycan xalqı AŞPA üzvü, Belçikalı Kristof Lakruaya (Christophe Lacroix) minnətdarlıq edir.![]()
Avropa bizim haqqımızda nə düşünür, heydərizm nə!
Azərbaycan Yazıçılar Birliyinin sədri Anara açıq MƏKTUB![]()
Hörmətli Anar müəllim, sizin mətbuata verdiyiniz son müsahibələriniz, açıqlamalarınız və kürsüsünü işğal etdiyiniz qurumun hazırkı dəyişməz “durumu” AYB sədri kimi illəri adlayan fiaskonuzun NÖVBƏTİ ən qabarıq etirafı, nümayişkaranə “fotosudur”...![]()
40 ilə yaxın sədrlik dönəminizdə demokratik fikir, gənc kadr, düzgün idarəçilik prinsipi, islahat... anlayışlarını tanımadınız, tanımaq istəmədiniz. Siz olan yerdə qanun da özünüz oldunuz, şah da! Neçə gənc nəsillə üz – üzə gəldiniz. Kimlər GƏNCLİYindən, GƏLƏCƏYindən keçmədi ki?! Xarakteri sizin “dəyirmanınızda” üyüdülənlər də az olmadı, taleyindən küsüb gedənlər də...![]()
Siz Azərbaycan Yazıçılar Birliyinin həyatındakı 40 illik “əsarətnamə”nin müəllifisiniz...![]()
Mənsub olduğunuz qurumu diktator prinsiplərinizlə necə istədinizsə eləcə də idarə etdiniz. Necə deyərlər, gəmiyə də sahib oldunuz, dənizə də!..![]()
BU QƏDƏR illər bəs etmədimi?![]()
Vəzifə hərisliyi, kürsü doğmalığı budurmu, Anar müəllim? Yox, bu deyilsə ömrünüzün bu çağında 40 illik bir vəzifədən getməməyin adı nədir? Nəyi gözləyirsiniz? AYB sədri kimi etiraf edəcəyiniz ÇOXMU qəbahətləriniz var? Heç şübhəsiz ki, var(!). AMMA və LAKİN(!) əmin olun, sizin bu gün etdiyiniz etiraflar illərdir ki, səriştəsiz “idarəçiliyinzin” sayəsində göz önündədi... Sadəcə zamanın hökmü, diqtəsi indi onları bir – bir sizin özünüzə də təsdiqlədir.![]()
... VƏ YENƏ, təkrar edirəm, 40 illik bir vəzifədən getməməyin adı nədir?
Yoxsa, unudulmaq qorxusudur, şöhrət hissidir? Əgər, bunlardırsa qətiyyən narahat olmayın, sizi xatırladacaq kifayət qədər əsərləriniz, imzanız var. Ya həqiqətənmi düşünürsünüz ki, əvəzolunmazsınız? Həqiqətənmi düşünürsünüz ki, siz getsəniz Yazıçılar Birliyi məhv olar VƏ YA onu sizdən başqa heç kim idarə edə bilməz? Bu suallara cavabınız varsa, buyurun...![]()
HEÇ OLMASA, bircə dəfə də olsun dönüb ətrafa baxıb, ətrafın bu məsələlərlə bağlı nə düşündüyü haqqında maraqlandınızmı? Təbii ki, mən ətraf deyərkən Elçin Hüseynbəyliləri, Rəşad Məcidləri, Azər Turanları... və bu kimi mövqeyi “güllələnmişlər”i yox, necə deyərlər, illərin dəyirmanından “diri” çıxanları, çıxmaq “gücündə” olanları nəzərdə tuturam.![]()
Hörmətli Anar müəllim, sizin ömrünüzün bu gün mübarizə, mücadilə dönəmi yox, müzakirə, istinad dönəmidir. Hər nə varsa öz vaxtında daha ucadır, daha gözəldir. Siz Yazıçılar Birliyinin rəhbərlik postundan zamanında getməli idiniz... Getməlisiniz!..![]()
İNANIRAM Kİ, siz də gələcəyi sevirsiniz... Amma unutmayın! Gələcəyi sevmək gələcəyin qarşısında dayanmaq, gələcəklə “döyüşmək” anlamına gəlmir. ![]()
İndi Anar gələcəklə “döyüşür”...![]()
Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
"Əli Kərimli Qərb liderlərini diktatorlara heç bir boşluq verməməyə çağırır"![]()
Almaniyanın məşhur nəşri Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətindən yazdı![]()
Almaniyanın 148 ölkədə yayılan, dünyaca məşhur "Frankfurter Allgemeine Zeitung" qəzeti Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Bakıya səfəri fonunda Azərbaycanda insan haqları probleminə, o cümlədən AXCP lideri Əli Kərimlinin həbsdə saxlanılmasına işıq salan yazı dərc edib.![]()
"Avropa Komissiyasının sədri Ursula fon der Leyenin bu çərşənbə günü Azərbaycana səfəri ərəfəsində diktator Əliyev rejiminin siyasi məhbusları səslərini ucaldaraq ondan enerji, ticarət və infrastruktur məsələləri ilə yanaşı ölkədəki fəlakətli insan hüquqları vəziyyətini də müzakirə etməyi tələb edirlər.
Ursula fon der Leyenə ünvanlanmış məktubda deyilir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və nəqliyyat kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi “müsbət”dir. Lakin məsələ yalnız strateji və iqtisadi maraqlarla məhdudlaşmamalıdır. Avropa İttifaqı bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırış etməlidir" - deyə, yazıda bildirilir.![]()
Yazıda AŞPA-nın keçən həftə Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən də bəhs olunur. Qeyd edilir ki, Azərbaycanda siyasi məhbusların sayının 328 nəfərə çatdığı əks olunan qətnamə ölkədə "müstəqil səsləri susdurmağın sistemli və möhkəm kök salmış modelini” kəskin tənqid edir.![]()
Qəzet bildirir ki, Əliyev rejimi uzun müddətdir Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığa marağının artmasından ruhlanıb. Fon der Leyen dörd il əvvəl Bakıya səfəri zamanı Əliyevə “artmış dəstəyinə” görə təşəkkür etmiş, Azərbaycanı “etibarli tərəfdaş” adlandırmış, o vaxt da pis olan insan hüquqları vəziyyətinə dair tənqidi dilə gətirməmişdi. O zaman məqsəd rus qazını əvəz etmək idi. Razılaşmaya əsasən, 2027-ci ilədək Azərbaycandan Avropaya illik minimum 20 milyard kubmetr qaz tədarükü artırılmalı idi. 2024-cü ildə isə təxminən 13 milyard kubmetr qaz verilib ki, bu da Avropa İttifaqının ümumi qaz istehlakının təxminən 4%-ni təşkil edir. ![]()
Yazıda daha sonra AXCP sədri Əli Kərimlinin həbsindən bəhs olunur və onun fikirlərinə yer verilir:![]()
"Azərbaycan müxalifət liderlərindən biri, 1992-1993-cü illərdə (indiki diktatorun atasının dövlət çevrilişinə qədər) dövlət katibi olmuş Əli Kərimli ailəsi vasitəsilə F.A.Z.-a bildirib ki, insan hüquqları, demokratiya və hüququn üstünlüyü olmadan heç bir enerji və ya təhlükəsizlik sazişi davamlı ola bilməz.![]()
Kərimli 2025-ci il noyabr ayının sonundan bəri Əliyevin xüsusi xidmət orqanlarının istintaq təcridxanasında saxlanılır. İnsan hüquqları müdafiəçiləri ona qarşı irəli sürülən “dövlət çevrilişi” ittihamını uydurma hesab edirlər.![]()
Kərimli Qərb liderlərini diktatorlara heç bir boşluq verməməyə çağırır: “Əgər məcbursunuzsa, onlarla enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edin, amma bu ölkələrin xalqlarını unutmayın. Tapdalanan hüquqlar barədə soruşun və qanunları, insan hüquqlarını açıq-aşkar pozan vəzifəli şəxslərə qarşı sanksiyalar tətbiq edin.”![]()
Yazının orijinalına keçid rəy bölümündə.
Azərbaycan, Türkiyə, Orta Asiya dövlətləri, Pakistan, körfəz dövlətləti, İspaniya, İrlandiya, İtaliya və haqqın yanında olmaq istəyən başqa dövlətlər Fələstin soyqırımını tanımalıdır.
www.tiktok.com
www.tiktok.com
Sənin problemlərindən danışanları dinləmirsənsə, paylaşmırsansa və bəyənmirsənsə, başına gələnlər Haqdan gəlir.
AzXP MX-nin rəhbəri, AŞPA-nın iyun sessiyasında AzXP-nin rəsmi təmsilçisi Kamran Nəsirli.
youtu.be
@AzerFreedomTV→ Böyük hərflərlə və ya çoxlu durğu işarələri ilə y...
This is a great interview. As the head of AzerFreedom TV and a citizen of Azerbaijan, I would like to express my gratitude to Mr. Christophe Lacroix for his clear, tough political stance and kind words to our people.![]()
www.instagram.com/p/DaHGiKjgWt8/
28.6.26: Vətəndaşlar daha dözmür, üsyan yaxınlaşır

