Bildirişlər
Hamısını təmizlə

Diktator öz hakimiyyətinin ömrünü uzatmaq üçün nə etməlidir?

20 Yazılar
3 İstifadəçi
12 Reactions
679 Baxış
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 5 il əvvəl

İlk baxışdan mövzumuz hər hansı bir diktatora məsələhət  mövzusu  kimi də dəyərləndirilə bilər. )  Ancaq bu mövzu məsləhət  üçün deyil, diktatorun öz hakimiyyəti uğrunda atacağı növbəti addımları aşkar etmək üçün yaradılıb.

Müzakirə edək.


Cavab
19 cavab
11 cavab
(@yagut-sh)
Qoşulduğu tarix: 5 il əvvəl

Active Member
Yazılar: 13

@tvretroaze  diktatoru hakimiyyətdə qalmağa kömək edən qüvvələrlə kompromisə getmək, amma xalqa bunu uğur kimi qələmə vermək, məs. rus qoşunlarının ərazimizə soxulmağına razılıq vermək və özbaşnalıqlarına göz yummaq.

P.S.Bir məsləhət də məndən))

 


Cavab
Ibrahim Azer
Admin
(@tvretroaze)
Qoşulduğu tarix: 5 il əvvəl

Reputable Member
Yazılar: 138

@yagut-sh

Bunu başqa formada sələndirmək olar. Əgər qonşu dövlətlə torpaq problemin varsa onu kökündən həll etməmək (yəni söhbəti tam bağlamamaq), az az həll etmək, vaxtı uzatmaq. Əgər belə bir problemin yoxdursa çalışıb onu yaratmalısan.)  Məsələn, hər 20-30 ildən bir bir qismini qaytarırsan və bunu xalqa qəhrəmanlıq kimi qələmə verirsən. Gözəl məsləhətdir. Bundan mütləq istifadə etməlidirlər. )) 


Cavab
(@yagut-sh)
Qoşulduğu tarix: 5 il əvvəl

Active Member
Yazılar: 13

@tvretroaze və bundan hər iki tərəf bəhrələnir. Rusiya diktatorun hakimiyyətinin ömrünü uzatmaqla yanaşı həm də özünün itmiş nüfuzunu bərpa edir ( "qarşılıqlı razılaşma və əməkdaşlıq")


Cavab
Ibrahim Azer
Admin
(@tvretroaze)
Qoşulduğu tarix: 5 il əvvəl

Reputable Member
Yazılar: 138

@yagut-sh

Rusiya öz imperiya maraqlarını qoruyur deyərdim. Buna bir güllə ilə iki dovşan vurmaq deyirlər. İşləyirlər də )

Rusiyanın demokratikləşməsi başqa bir mövzudur. 


Cavab
GÜC BİRLİKDƏDİR
(@birlik_az)
Qoşulduğu tarix: 5 il əvvəl

Üzv
Yazılar: 5

@tvretroaze Özünü hədəfdən yayındırmaq üçün o süni şəkildə o "5-ci" kolonları yaradır ki, xalq onları təqsirkar bilsin və bu işinə kömək edənlər də olur və o özü yaradıb. Müxalifətin arasında belələri çoxdu. Çox təəsüüf, vətəni düşünən azdı onların arasında.


Cavab
(@yagut-sh)
Qoşulduğu tarix: 5 il əvvəl

Active Member
Yazılar: 13

@tvretroaze diktatora bir məsləhət də verim, məsləhətli don gen olar))

Repressiyaları max artırmaq və bununla xalq arasında qorxu xofu yaratmaq. Bu, təcrübədən çıxmış bir üsuldur. 30-cu illərin repressiyası zamanı xalq nəinki etiraz etmirdi, əksinə yaltaqlıq artmışdı, hamı dahi rəhbərə şeirlər, əsərlər ithaf edirdi. Əqidəsi təmiz olanları, yaltaqlıq etməyənləri isə "xalq düşməni" adıyla məhv edirdilər. Belə hallarda xalq qorxudan hər şeyə razı olur. Ümumiyyətlə, həmişə və hər yerdə olduğu kimi ideoloji təbliğat önə çəkilir - burda KİV-in işi danılmazdır.


Cavab
Ibrahim Azer
Admin
(@tvretroaze)
Qoşulduğu tarix: 5 il əvvəl

Reputable Member
Yazılar: 138

@yagut-sh

Birinci polisin sayını artırırsan, büdcə təşkilatlarının hamısını özündən asılı edirsən, əlini rüşvətə bulaşdırırsan və sonra onları cəzalandırmaq üçün əlində qanuni bir vasitən olur. Hətta sübutun olmasa belə istədiyin an nəsə tapa bilərsən. Mal mülk və sairə.  Sonra bu təşkilarların vasitəsi ilə xalq arasında repressiyaya başlayırsan, qorxu xofu yaradırsan. Buradan da yaltaqlar əmələ gəlir və sairə. Bu qədər pulsuz məsləhət verdik)

 


Cavab
(@yagut-sh)
Qoşulduğu tarix: 5 il əvvəl

Active Member
Yazılar: 13

@tvretroaze   Diktatora son məsləhətim odur ki, bütün diktatorların sonlarını yada salıb düşünsün. Heydər əliyevin özünə kumir bildiyi Stalindən tutmuş (zəhərlədilər və ölüm ayağında kimsə yaxın durmadı) Səddam Hüseynə, Qəddafiyə kimi, yəni bu günün sabahı da var. Hər şeyi var-dövlət, şan-şöhrətçün edənlər də bilir ki, dünyanın malı dünyada qalır və sonrakı peşmançılıq fayda verməyəcək. Nə qədər gec deyil düşünsünlər. Məncə ən yaxşı məsləhət budur.


Cavab
Ibrahim Azer
Admin
(@tvretroaze)
Qoşulduğu tarix: 5 il əvvəl

Reputable Member
Yazılar: 138

@yagut-sh

Dəyərli məsləhətdir. Ancaq bəzən elə bir həddə çatırsan və ya elə bir tələyə düşürsən ki geriyə qayıtmağa yolun olmur və sona qədər getmək məcburiyyətində qalırsan. Dünya tarixində belə nümunələr yetərincədir. Diktator bu zaman nə etməli?


Cavab
(@yagut-sh)
Qoşulduğu tarix: 5 il əvvəl

Active Member
Yazılar: 13

@tvretroaze kənardan baxıb fikir yürütmək və ya yol göstərmək çox asandır. Mən şəxsən o ailənin yerində olmaq istəməzdim. Mən təsəvvürümə gətirirəm ki, bir ölkənin birinci şəxsi olmaq və könüllü olaraq bundan imtina etmək çox çətindir. Nəfs və təkəbbür buna imkan vermir. Çoxlarının asan hesab etdiyi bu addımı məncə aqil insan ata bilər. Bəs aqil insan diktator ola bilərmi? Yəqinki yox. Deməli bizim "milli" diktatorumuz)) hakimiyyətin ömrünü uzatmaq üçün ağla gələn və gəlməyən hər şeyi edəcək, amma mən məsləhət bilməzdim (bayaq diktatorların sonunu yazmışdım).


Cavab
Ibrahim Azer
Admin
(@tvretroaze)
Qoşulduğu tarix: 5 il əvvəl

Reputable Member
Yazılar: 138

@yagut-sh

Diktatorlar öz hakimiyyətlərini nə qədər uzatmağa çalışsalar da bütün diktaturaların sonu həm özləri, həm dövlət, həm də həmin xalq üçün xaosla, faciə ilə nəticələnib. Az bir qismi istisna olmaqla. Deyirəm paralel olaraq diktatura şəraitində yaşayan xalqlara da bir məsləhət verək. Sonra bizdən inciyərlər)
Nə qədər ki diktatura hakimiyyəti uzanır, həmin dövlət və xalq üçün baş verəcək faciəvi sonluq da bir o qədər ağırlaşır. Hər iki tərəf bunu nəzərə almalıdır.


Cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 5 il əvvəl

İslahatlar aparmalı. Ancaq yavaş yavaş, yəni hər hansı bir məmur yerdəyişməsinə islahat donu geyindirərək.  Birdən birə köklü islahatlar aparsa öz diktaturasını itirə bilər.

P.S. Bir məsləhət məndən ) 


Cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 5 il əvvəl

Polisin sayını  və aylıq məvacibini artırmaq. 


Cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 5 il əvvəl

Məmurların aylıq əmək haqqını azaltmaq. Yəni məmurları rüşvət almağa məcbur etmək. Rüşvət alan məmur diktatorun qarşısında həmişə gözü kölgəlidir və diktatorun dediyinə əməl etmək məcburiyyətindədir.


Cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 5 il əvvəl

Həkimlərin də aylıq əmək haqqını azaltmaq, onları da rüşvət götürməyə məcbur etmək.


Cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 5 il əvvəl

Müəllimlərin də aylıq əmək haqlarını azaltmaq, mümkün qədər rüşvətə öyrətmək, rüşvət götürməyənləri isə başqa vasitələrlə ələ almaq.


Cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 5 il əvvəl

Ümumiyyətlə bütün büdcə təşkilatlarının aylıq əmək haqqı az olmalıdır. Az deyəndə yəni nə acından ölməlidirlər nə də yaxşı yaşamalıdırlar. Həmişə yaşamaq üçün pul barəsində düşünməlidirlər ki başqa məsələlərə vaxtları qalmasın.


Cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 5 il əvvəl

 Deməli  il ərzində rüşvətxor məmurların 1-3 faizini həbsxanaya salırsan. Bu faiz həddini aşmaq olmaz. Çünki məmurlar da narazı qala bilərlər. Diktaturanın əsas dayağı büdcə təşkilatları, yəni məmurlar və sairə təşkil edir. Onların əksəriyyətini narazı salmaq olmaz. Bununla da xalq arasında iş, yəni islahat getdiyni göstərirsən. )  


Cavab
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 5 il əvvəl

Diktator öz diktaturasını qorumaq üçün xalqı parçalamalıdır. Yəni xalq arasında yerlibazlıq, qohumbazlıq ənənələrini yaymalıdır ki parçalanmış xalqı daha rahat idarə edə bilsin, onu özünə qarşı birləşməyə qoymasın.


Cavab
Paylaş: