Bildirişlər
Hamısını təmizlə

Durumumuz çoxmu fərqli?

2 Yazılar
2 İstifadəçi
0 Reactions
709 Baxış
Yazılar: 1
(@xatira88_08)
New Member
Qoşulduğu tarix: 5 il əvvəl

Səhər-səhər belə bir yazı oxudum.

Video tapmışam. Baxıram.
60 yaşlarında bir erməni hayrapet tarlada lapatkayla kartof çıxardır. Kartoflar da o qədər iri, təmiz, yeməli görünürlər ki, adamın fikri elə onlarda qalır.
Jurnalist sual verir ki, sizin də oğlunuz Qarabağda həlak olub?
Kişi deyir, bəli.
Jurnalist: - Peşmansınız?
Kişi: - Peşmanam.
- Niyə?
- Oglumun nə işi varıydı axı, Qarabağda? Tək mənim oğlum yox, bütöv bir nəsil məhv oldu, güdaza getdi Qarabağda, nə var-nə var, hansısa yuxarıdakı dığanın kefi belə istədi, əclaflar... balalarımızı qırdırdınız, indi də Azərbaycanın içindən Ermənistanın içinə yol çəkirsiz, biz heç vaxt o yollarla gedə bilmərik, getməyəcəyik, türklər anamızı ağladarlar, Nikolun kefi dombalıb deyəsən!
Erməni kəndlidən azca sağ tərəfdə bir qorxaq it də dayanmışdı. Şöngümüşdü. Jurnalist qız deyəsən, onu görmürdü. Görsəydi, qorxub qışqırardı və onu qovdurardı. Operator gizlincə 2-3 dəfə iti də iri planda çəkdi.
Sonra oğlu ölmüş ata, barmağını itə tuşladı və dedi ki, bu iti görürsüz, bu it oğlumun itiydi, oğlum sağ olanda onun yanından heç kim qorxusundan keçə bilmirdi, indi oğlum yoxdu deyə, iti də heç kim saymır, heç kim ondan qorxmur, bax, erməni xalqı da belədir, oğulları yoxdu, indi heç kim onları saymır, heç kim onlardan qorxmur, erməni xalqı indi elə bu itə oxşayır, bu itin günündədi.😢

Sual verirəm özümə: Bizim durumumuz ermənilərinkindən çoxmu fərqlənir? 30 ildən çox sürən, hələ də davam edən bu konfliktdə biz azmı itki verdik? 

Cavab
1 cavab
1 cavab
Ibrahim Azer
Admin
(@tvretroaze)
Qoşulduğu tarix: 5 il əvvəl

Reputable Member
Yazılar: 138
Yazan: @xatira88_08

1. Qarabağ Azərbaycandır və bizim orada  həmişə işimiz var.

2. Şəhidlərimizə görə peşman deyilik. Çünki işğal olunmuş torpaqlarıımız şəhidlərimizin canı qanı bahasına azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara da şəfa versin.

3. Bizim itgimiz deməzdim, şəhidlərimiz deyərdim. Çünki onlar öz vətənləri uğrunda həlak olublar. 

4. Erməni xalqını oğullara görə deyil ögey atalarına görə it yerinə qoymurlar.

4. Göründüyü kimi fərq çoxdur. 

Cavab
Paylaş: