Ölkəmizdə korrupsiya şousu davam etməkdədir. Azərbaycanda daha bir məmur korrupsiya qalmaqalı ilə həbs edildi. Həbs edilən şəxs Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun( KİVDF) icraçı direktoru Vüqar Səfərlidir.O bu vəzifədə 2009-cu ildən fəaliyyət göstərirdi. Vüqar Səfərlinin həbsinin səbəbi dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş korrupsiya ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar olmuşdur. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Vüqar Səfərli ayrı-ayrı vaxtlarda dövlət büdcəsindən ayrılan külli miqdarda pul mənimsəmişdir. Həbs edilən şəxs Heyder Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının üzvüdur. Artıq illərdir ki, ölkəmizi talayan Yeni Azərbaycan Partiyasının üzvləri bu şəkildə ifşa olunurlar.
Vüqar Səfərli bir müddət əvvəl vəzifəsindən azad edilən, Əli Həsənova yaxınlığı ilə də seçilir.Yaxın keçmişdə dövlət tərəfindən jurnalistlərə verilən evlərin menimsənilməsində birgə iştirak etmişlər. Bu məsələdə İlham Əliyev və hakimiyyəti birbaşa məsuliyyət daşıyır. Xatırladaq ki, Vüqar Səfərli “Əməkdar mədəniyyət işçisidir”.
Mikayıl Əsədov.
https://www.axh-az.com/hakimiyy%C9%99tin-korrupsia-%C5%9Fousu-daha-bir-m%C9%99mur-h%C9%99bs-edildi/
Tamamilə doğru. Bu qədər korrupsionerə qarşı ildə 3 nəfəri tutmaq əlbətdə şouya bənzəyir. Əgər həqiqətən korrupsiya ilə mübarizə aparırlarsa bir çox insan həbsxanaya salınmalıdır. Ölkədə vəziyyətin nə yerdə olduğundan az yaşlı uşaq da məlumatlıdır.
Korrupsioner məmur öz vəzifə səlahiyyətlərindən süi istifadə edərək inhisara (monopoliya) da yol açır. İnhisar bütün sahələrdə ola bilər. Mövzuda mətbuat sahəsində yaranmış inhisardan söhbət gedir və nəticəsi də bəllidir. Yəni ölkəmizdə mətbuat sahəsi tam çöküb. Rəqabət yoxdur, hamı pulla ələ alınır, həqiqəti deməyə imkan vermirlər. Bəzi sahələrin nihisarı nəticəsində məmurlar və ya hər hansı bir məmurun qohumu olan “biznesmenlər” bizim cibimizdən hər dəqiqə hər saniyə pul oğurlayırlar. Necə? Ətraflı izah edək. Deyək ki hər hansı bir gündəlik təlabat mallarından bir neçəsi inhisara alınıb. Ərzaq məhsulları: Yağ, qənd, çay və digər. İnhisar zamanı rəqabət olmur. Rəqabər olmayan yerdə isə qiymətləri inhisarçı öz istədiyi kimi təyin edir. Rəqabət olmayan yerdə qiymətlər yüksəlir keyfiyyət isə aşağı düşür. Biz inhisara alınmış gündəlik tələbat mallarına hər gün artıq pul ödəməli oluruq. Ümumən aldığımız aylığın, məvacibin, maaşın bir hissəsini inhisarçının varlanmasına sərf edirik. Nümunə: Əgər yağ digər qonşu ölkələrdə “3” manatdırsa bizdə isə inhisar nəticəsində “6”manat ola bilər. Əgər biz hər ay 5 kq yağ iştifadə etsək inhisarçıya cibimizdən əlavə 15 manat pul ödəməli oluruq və bu isə bizim elə də güclü olmayan ailə büdcəmizdən gedir. Bu da inhisara yol açan korrupsiyanın nəticəsi. Düşünürəm ki xalq neft pullarının oğurlanmasından deyil, inhisardan daha çox əziyyət çəkir.