Bildirişlər
Hamısını təmizlə

Kimdir günahkar, prezident, yoxsa xalq?

7 Yazılar
3 İstifadəçi
2 Reactions
490 Baxış
Ibrahim Azer
Yazılar: 138
Admin
Mövzunu başladan
(@tvretroaze)
Reputable Member
Qoşulduğu tarix: 5 il əvvəl

Xalq arasında belə söhbətlər gəzir ki günah elə xalqın özündədir. Çünki özümüz rüşvət verməyə, qanunları pozmağa çox həvəsliyik, düzələn deyilik. Prezident təkdir, o nə etsin, hamıya nəzarət edə bilməz və sairə. 

Kimdir günahkar, xalq, yoxsa onun başçısı?

P.S. Deyilənə görə həqiqət müzakirələr zamanı bəlli olur.

Müzakirə edək.


Cavab
6 cavab
6 cavab
(@hafiz)
Qoşulduğu tarix: 5 il əvvəl

New Member
Yazılar: 4

Sistem elə qurulub ki rūşvət verməsən işin dūzəlmir. Ona görə ki ,qanunlar işləmir.Qanunlarin işləmədiyi yerdə rūşvət və korrupsiya baş alib gedir.Gūc strukturlari və qanun keşikciləri vəzifəyə rūşvətlə təyin olunur. Belə yerdə deyirlər ,,Baliq başdan iylənər.


Cavab
(@yagut-sh)
Qoşulduğu tarix: 5 il əvvəl

Active Member
Yazılar: 13

@tvretroaze  günahkar kimdir? Avtoritar rejimdirsə deməli sistem düzgün qurulmayıb və belə sistemdə qanundan, ədalətdən danışmaq da yersizdir. Sistemin yaranmasında başlıca rol oynayan qüvvə isə xalqdır.


Cavab
Ibrahim Azer
Admin
(@tvretroaze)
Qoşulduğu tarix: 5 il əvvəl

Reputable Member
Yazılar: 138

@yagut-sh

Xalq, xalq, xalq.. Nə etməli? Bu xalq niyə bu səviyyəyə endi, kim onu bu səviyyəyə endirdi? Bu çox geniş mövzudur və  müzakirələrə ehtiyacı var.


Cavab
(@yagut-sh)
Qoşulduğu tarix: 5 il əvvəl

Active Member
Yazılar: 13

@tvretroaze  məncə100 ildir davam edən ideoloji təbliğatın nəticəsidir bu (nəzərə alaq ki, müstəqilliyimizdən sonra da hakimiyyət son 30 il ərzində də Rusiyaya meyllilər tərəfindən idarə olunub). Milli hakimiyyət qurulmayınca elə bir böyük dəyişiklik gözləmirəm. Bəs milli hakimiyyəti kim qurmalıdır? Əlbəttə ki, xalqın maariflənməsi nəticəsində buna nail olmaq olar. KİV-ləri isə bu maariflənmənin qarşısını almaq üçün bütün cəhdləri edirlər. Məncə həqiqi maarifləndirmə işini aparanlar öz aralarında razılığa gəlməli, bir-birini dəstəkləməlidir, yəni birgə fəaliyyət lazımdır. Belə olarsa insanlar arasında çaşqınlıq yaranmaz və  effektiv nəticə alınar.


Cavab
Ibrahim Azer
Admin
(@tvretroaze)
Qoşulduğu tarix: 5 il əvvəl

Reputable Member
Yazılar: 138
Yazan: @yagut-sh

@tvretroaze  məncə100 ildir davam edən ideoloji təbliğatın nəticəsidir bu (nəzərə alaq ki, müstəqilliyimizdən sonra da hakimiyyət son 30 il ərzində də Rusiyaya meyllilər tərəfindən idarə olunub). Milli hakimiyyət qurulmayınca elə bir böyük dəyişiklik gözləmirəm. Bəs milli hakimiyyəti kim qurmalıdır? Əlbəttə ki, xalqın maariflənməsi nəticəsində buna nail olmaq olar. KİV-ləri isə bu maariflənmənin qarşısını almaq üçün bütün cəhdləri edirlər. Məncə həqiqi maarifləndirmə işini aparanlar öz aralarında razılığa gəlməli, bir-birini dəstəkləməlidir, yəni birgə fəaliyyət lazımdır. Belə olarsa insanlar arasında çaşqınlıq yaranmaz və  effektiv nəticə alınar.

Əgər xalq uzun müddətli təbliğat nəticəsində bu vəziyyətə salııbsa   deməli xalqı ancaq  əks təbliğat nəticəsində özünə qaytarmaq olar. O ki qaldı həqiqi maariflənməyə, xalqı həqiqətən maarifləndirənlər çox azdır. Siz dediyiniz kimi, bir tərəfdən də KİV-lər bu işə mane olurlar bir tərəfdən də yalan təbliğat aparanlar, yəni onların təbliğatları maarifləndirmə üçün deyil baş qatmaq üçündür.

 Belə bi sual. Aparılan təbliğat nəticəsində xalq özü hər yanda rüşvət verməkdən, qanunu pozmaqdan imtina edəcəkmi? Yoxsa yenə hər addımda həkimə, müəllimə, polisə, məhkəməyə rüşvət verib törətdiyi qanunsuzluqların üstünü ört basdır etməyə çalışacaq? Dediyim nədir? Yəni bir çox zamanlar hətta kimsə bizdən rüşvət istəməsə də biz özümüz ona şirnilik adı altında rüşvət verməyə çalışırıq. Bu da zaman keçdikcə qarşıdakı insanı rüşvətə öyrəşdirir. Rüşvətə öyrəşən də bir müddət sonra bunu adi hal kimi qəbul etməyə başlayır və sonra rüşvət verməyəni qınayır, işini dolaşığa salır.

 P.S. Bu işə başqa prizmadan yanaşaq, çıxış yolunu tapmağa çalışaq. Xalq burada günahkardır. Bu aydın məsələdir. Ancaq iş orasındadır ki bu xalq digər  dövlətlərə səfər etdiyi zaman qanunları pozamamağa çalışır, çünki bu dövlətlərdə rüşvət heçə endirilib. Burada Gürcüstan, Avropa ölkələri, Amerikanı nümunə gətirmək olar. Yenə qayıdaq geri, öz ölkəmizə. Maraqlısı odur ki bu xalq başqa, qanunlar işləyən bir dövlətdə, qanuna əməl etməyə çalışır, anaq geri qayıdanda qanunu yenidən pozmağa çalışır. Bu nədən irəli gəlir?

 


Cavab
(@yagut-sh)
Qoşulduğu tarix: 5 il əvvəl

Active Member
Yazılar: 13

@tvretroaze   1969-da Heydər Əliyev hakimiyyətə gələn gündən  rüşvət bizim həyatıza daxil olub və nə qədər ki, heydərizm-əliyev rejimi hakimiyyətdədir, bu belə də davam edəcək. 50 ildən çoxdur. Heydərizmin kökü rüşvət üzərində qurulub. Aşağı səviyyədə buna qarşı mübarizə nə effekt verə bilər ki? Amma ictimai qınağı da inkişaf etdirmək lazımdır.


Cavab
Paylaş: