Bildirişlər
Hamısını təmizlə

Qaydalar

1 Yazı
1 İstifadəçi
0 Reactions
61 Baxış
Yazı: 1
 F H
Admin
Mövzunu başladan
(@fh)
New Member
Qoşuldu: 1 ay əvvəl

Böyük hərflərlə və ya artıq durğu işarələri ilə yazmamalısan.
Bu, aqressiya və ya bağırmaq kimi qəbul olunur.

Rus (kiril) əlifbasından istifadə etməməlisən.
Bütün yazılar Azərbaycan əlifbası ilə olmalıdır.

Təhqiredici, alçaldıcı, nifrət yaradan ifadələr yazmaq qadağandır.
İstənilən şəxsə qarşı mənfi yönümlü şəxsi hücum qəbuledilməzdir.

Spam və ya eyni məzmunlu təkrar paylaşımlar etməməlisən.
Bu, forumun axınını pozur və silinəcək.

Başqa istifadəçiyə təzyiq, təhdid, şəxsi hücum və ya şəxsiyyətinə toxunan yazılar yazmamalısan.

Şəxsi məlumatlar paylaşmamalısan.
– telefon nömrəsi
– ev ünvanı
– şəxsiyyət vəsiqəsi məlumatları
– sosial şəbəkə girişləri və digər həssas məlumatlar

Həmçinin başqalarından belə məlumatlar istəmək qəti qadağandır.

İcazəsiz keçidlər (linklər) paylaşmamalısan.
Xüsusilə reklam, şübhəli saytlar və virus riski olan keçidlər.

Qaydalara əməl edilmədikdə:
Moderatorlar yazını silə, xəbərdarlıq edə və ya hesabı məhdudlaşdıra bilər. Məqsəd hər kəs üçün təhlükəsiz, səmimi və sivil müzakirə mühiti yaratmaqdır.


Cavab
Paylaş: